RU

Güneyin şəhərləri də VURULUR

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranın bir neçə şəhəri və hava limanı hədəfə alınıb. 

“Cebheinfo.az” “İran İnternational” - ə istinadən xəbər verir ki, dünən gecə və bu gün səhər saatlarında ABŞ və İsrail qüvvələri tərəfindən İranın mərkəzi və cənub bölgələrində yerləşən bir sıra şəhərlər raket hücumlarına məruz qalıb. 

Hücumların Urmiya, Tehran, İsfahan, Qəzvin, Əhvaz, Xorrəmşəhr, Yəzd, Məşhəd və Təbriz də daxil olmaqla bir neçə şəhəri əhatə etdiyi bildirilir. Urmiya hava limanının və Xoy şəhəri də daxil olmaqla bəzi ərazilərin raket hücumlarına məruz qaldığı açıqlanıb. 

Bildirilib ki, hücum zamanı Tehranda Mehrabad və Bəhram hava limanları hədəfə alınıb və nəticədə onlarla təyyarə, helikopter və müxtəlif hərbi infrastrukturlar məhv edilib. 

İsfahan əyalətində isə Kaşan hava limanına hücum edildiyini, eləcə də Nəcəfabadda və ətraf bölgələrdə bir neçə partlayışın qeydə alındığını vurğulanıb. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
1
cebheinfo.az

2Источники