RU

Rumıniya millisi "Qalatasaray"ın əfsanəsinə tapşırıldı

Rumıniya millisi "Qalatasaray"ın əfsanəsinə tapşırıldı

Futbol üzrə Rumıniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

AFN.az ölkə mediasına istinadən xəbər verir ki, bu barədə Rumıniya Futbol Federasiyası məlumat yayıb.

Komanda George Haciyə tapşırılıb. O, bu postda Mirça Luçeskunu əvəzləyib.

Xatırladaq ki, George Haci Türkiyənin "Qalatasaray" klubunda oynayıb. O, Türkiyə futbolunda və "Qalatasaray" tarixində dərin iz buraxıb. Son olaraq ölkəsində "Farul"un baş məşqçisi olub.

Onu da qeyd edək ki, Mirça Luçeskunun səhhətində problem yaranıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu deyilir.

Избранный
44
afn.az

1Источники