RU

Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto

Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva tələbə imiş.

Bakıvaxtı.az xəbər verir ki, dünən səhər yaşadığı “AAAF Park” yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsində təhsil alırmış.

O, fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

Избранный
38
9
bakivaxti.az

10Источники