RU

Yolumuz Qarabağadır...




“Yolumuz Qarabağadır” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatının sədrləri və partiya fəalları, eləcə də şəhid ailələrinin nümayəndələri Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərinə səfər ediblər.
Aia.az xəbər verir ki, Söhbət zamanı Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov bildirdi ki, səfərin əsas məqsədi iştirakçıların Qarabağın zəngin tarixi, mədəni irsi və müasir inkişafı ilə yaxından tanışlığını təmin etmək, eyni zamanda vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfə verməkdir. Növbəti Səfər çərçivəsində iştirakçılar Şuşa, Xankəndi, Xocalı, Ağdam və Əskəran şəhərlərində aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini yerində müşahidə edib, eləcə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin yüksək, sanballı nəticələrini yaxından görüblər.

Bu cür layihələr milli-mənəvi dəyərlərin təbliği, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və gənc nəslin doğma Vətənə sevgi ruhda böyüməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü






Избранный
1
1
aia.az

2Источники