RU

Magistraturaya maraq azdır: Ekspert təkliflər irəli sürür

Magistraturaya gənclərin marağının aşağı səviyyədə olduğunu qeyd edən təhsil eksperti Ramin Nurəliyev QHT.az-a açıqlamasında bildirib ki, dövlətin verdiyi plan yerlərinin bir qismi boş qalır. Ekspertin sözlərinə görə, beynəlxalq təcrübəyə baxdıqda, magistratura pilləsində bakalavrların daha çox qəbul olması üçün səy göstərildiyi müşahidə olunur, amma Azərbaycanda vəziyyət fərqlidir.

Ramin Nurəliyev bildirib ki, magistratura imtahanının mövcud formatı—riyaziyyat, məntiq, informatika və xarici dil—humanitar ixtisaslar üzrə təhsil alan tələbələr üçün əlverişli deyil. Ona görə də imtahan formatında dəyişikliklər edilməli, humanitar ixtisaslardan olan suallara da yer verilməlidir.

Magistr bitirənlərə əməkhaqqı və karyera üstünlüklərində fərqlilik yaradılması, magistratura bitirənlərin bakalavrları ilə müqayisədə daha çox üstünlüklərə malik olması da tələb olunur. Ramin Nurəliyev hesab edir ki, bu addımlar magistraturaya marağı artıracaq.

Zəhra Ağayeva

Избранный
17
qht.az

1Источники