RU

QHT sədri medal ilə təltif edildi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun 30 oktyabr 2025-ci il tarixli İ-020 nömrəli əmrinə əsasən, Əliyev Şəmsəddin Mənsur oğlu Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) münasibətilə “Azərbaycan Respublikasının yubiley medalı” ilə təltif edilib.
 
Qeyd olunub ki, Şəmsəddin Əliyev media sahəsinin inkişafında xüsusi xidmətlərinə, bu istiqamətdə səmərəli fəaliyyətinə və media ilə əməkdaşlıqda fərqləndiyinə görə bu mükafata layiq görülüb.
 
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə təsis olunan yubiley medalı ölkədə media sahəsinin inkişafına töhfə verən şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi daşıyır.
Избранный
25
1
moderator.az

2Источники