RU

İsrailin İstanbul konsulluğu qarşısında atışma: ölən var

İsrailin İstanbul konsulluğu qarşısında atışma: ölən var

İsrailin İstanbuldakı Baş Konsulluğu binasının önündə silahlı insident qeydə alınıb.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, baş vermiş atışma nəticəsində bir şübhəli öldürülüb, digər iki nəfər isə xəsarət almış vəziyyətdə saxlanılıb. Hazırda həmin şəxslərin kimliyinin dəqiqləşdirilməsi üzrə tədbirlər görülür. Hadisə zamanı, həmçinin iki polis nəfəri də yaralanıb.

Əraziyə çox sayda polis qüvvəsi yönləndirilib. Baş vermiş silahlı qarşıdurma ilə bağlı rəsmi araşdırmalara start verilib. Bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek özünün sosial media səhifəsində məlumat paylaşıb.

Nazirin qeyd etdiyinə görə, təhqiqat işləri çərçivəsində baş prokurorun müavini və iki rayon prokuroru dərhal hadisənin baş verdiyi yerə göndərilib:

"Həmin şəxslər əraziyə yollanaraq araşdırma prosesinə başlayıblar. Hadisənin bütün təfərrüatlarının üzə çıxarılması üçün hüquq-mühafizə orqanları koordinasiyalı şəkildə fəaliyyət göstərir, istintaq prosesi böyük diqqətlə və hərtərəfli qaydada icra olunmaqdadır".

Избранный
32
afn.az

1Источники