Azərbaycan XİN bir qrup etirazçının Birləşmiş Ərəb Əmirliklərinin Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinə hücumunu pisləyib.
NOCOMMENT.az xəbər verir ki, XİN bu barədə “X” hesabında paylaşım edib:
“Diplomatik missiyalara qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir, beynəlxalq hüququn, eləcə də diplomatik heyətin, obyektlərin mühafizəsi və təhlükəsizliyinə zəmanət verən Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının aydın şəkildə pozulmasıdır”.