RU

Erməni milyarder rus pasportundan imtina edir Baş nazir olmaq istədiyi üçün

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Erməni milyarder, “Taşir” Şirkətlər Qrupunun rəhbəri, qarşıdan gələn seçkidə Baş nazir postuna iddialı Samvel Karapetyanın digər ölkələrin vətəndaşlığından imtina etməsi prosesi artıq başlayıb və davam edir.

“AzPolitika” xəbər verir ki, bunu onun yaratdığı partiyanın sözçüsü Alik Aleksanyan parlament binasının qarşısında keçirilən etiraz aksiyası zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, Samvel Karapetyan Rusiya vətəndaşlığından əlavə, Ermənistan və “Avropa vətəndaşlığına” da malikdir. Lakin o, Kremlin dəstəklədiyi iş adamının konkret hansı Avropa ölkəsi vətəndaşı olduğunu açıqlamayıb.

Partiya sözçüsü deyib ki, erməni vətəndaşlar iki aydan sonra özləri görə biləcəklər ki, Samvel Karapetyanın yalnız bir pasportu olacaq - Ermənistan pasportu.

Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Putin Nikol Paşinyandan Rusiya vətəndaşlığı olan ermənilərin seçkidə iştirakına maneə yaratmamasını istəmişdi. Paşinyan isə demişdi ki, qanunla seçkidə yalnız tək Ermənistan vətəmdaşlığı olanlar Baş nazir postuna iddia edə bilərlər.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
azpolitika.info

1Источники