RU

Aaron Remsi karyerasını bitirdiyini bəyan etdi

Uels millisinin kapitanı, "Arsenal" və "Yuventus"un sabiq yarımmüdafiəçisi Aaron Remsi peşəkar futbolçu karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, son klubu ötən il vidalaşdığa Meksika "Pumas"ı olan 35 yaşlı Remsi bu barədə sosial şəbəkə hesablarında paylaşım edib:

"Bu qərarı vermək asan deyildi. uzun müddət düşünəndən sonra karyeramı bitirmək qərarına gəldim.

Öncə Uelksdən danışmaq istəyirəm. Mənim üçün millinin formasını geyinmək, onun futbolkası ilə çoxsaylı unudulmaz anlar yaşamaq böyük şərəf idi. Yığmada rəhbərliyi altında oynadığım məşqçilərin, məni dəstəkləyənlərin əməyi danılmazdır. 

Formaları ilə meydana çıxdığım bütün klublara səmimi təşəkkürlərimi çatdırıram. Ən yüksək səviyyəyə çatmağımda rolu olan bütün məşqçilərə və klub əməkdaşlarına minnətdaram. 

Əlbəttə, həyat yoldaşıma, uşaqlarıma, ailəmə də təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, hər şey bu qədər yaxşı alınmazdı".

Qeyd edək ki, remsi "Arsenal" ilə 3 dəfə İngiltərə Kubokunu və İngiltərə Superkubokunu, "Yuventus"la İtaliya çempionluöunu və İtaliya Superkubokunu qazanıb. O, "Kardiff Siti", "Nottingem Forest", "Reyncers" və "Nitsa"nın da uğurları üçün çalışıb.

Toğrul 

Избранный
5
fanat.az

1Источники