RU

Dəhşətli hücum BAŞLADI – İranın bu ərazisi VURULUR

İranın Xarq adasında bir neçə güclü partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, “Mehr” agentliyinin yaydığı məlumata görə, partlayışlar ABŞ və İsrail qüvvələrinin hava zərbələri nəticəsində meydana gəlib. Bildirilir ki, hücum zamanı adada bir neçə ardıcıl partlayış səsi eşidilib.

Hazırda hansı konkret obyektlərin hədəf alındığı rəsmi şəkildə açıqlanmasa da, Xarq adası İranın neft ixracının təxminən 90%-ni təmin edən kritik strateji qovşaq hesab olunur.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəlki bənzər əməliyyatlar zamanı neft infrastrukturuna zərər vermədən dəniz mina anbarlarını və hərbi bunkerləri məhv etdiyini bildirmişdi. Lakin son zərbələrin miqyası və hədəfləri barədə hələlik dəqiq məlumat verilmir.

Sara,
NOCOMMENT.az

Избранный
38
nocomment.az

1Источники