RU

Qızıl ucuzlaşır: azalma nə qədər davam edəcək?

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qızılın qiymətində enmə müvəqqəti xarakter daşıyır və bazarda volatillik müşahidə olunur. Hazırda dünya bazarlarında nəğd pul daha dəyərli hesab edilir. Geosiyasi gərginlik fonunda investorlar aktivlərini, o cümlədən səhmləri və qızılı sataraq nəğd vəsaitə üstünlük verirlər.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli qızıl bazarındakı son dalğalanmalar haqqında danışarkən deyib.

O bildirib ki, hazırkı şəraitdə qızıl qiymətlərinə təsir edən əsas amillərdən biri də enerji bazarındakı dəyişikliklərdir:

“Adətən neftin qiyməti artdıqda qızılın qiymətində enmə müşahidə olunur. Bu tərs-mütənasiblik uzun illərdir davam edir. Eyni zamanda, geosiyasi gərginliklər səngimədən qızılın stabil artımı çətin görünür.

İran ətrafında baş verən proseslərdə gərginliyin azalması qızıl bazarına müsbət təsir göstərə bilər. Əgər müharibə təhlükəsi arxa plana keçərsə, investorlar yenidən müxtəlif aktivlərə, o cümlədən qızıla yönələ bilərlər. Bu halda 1 unsiya qızılın qiymətinin 5 min dolları keçməsi ehtimalı var.

Son dövrlərdə dünyanın bir çox ölkəsinin mərkəzi bankı qızıl ehtiyatlarını artırmağa çalışır və bu da uzunmüddətli perspektivdə qiymət artımını dəstəkləyən əsas faktorlardan biridir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
3
axar.az

4Источники