RU

Azərbaycan Dünya Kubokunda üç kikboksinqçi ilə təmsil olunacaq

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Tailandın paytaxtı Banqkok şəhərində keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan kikboksinqçiləri bəlli olub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, dünya və Avropa çempionu Eduard Məmmədov məlumat verib.

Onun sözlərinə görə, mötəbər yarışda ölkəmizi üç idmançı təmsil ediləcək. Bunlar Zöhrab Əzimov, Elvin Məmmədov və Qəşəm Məmmədovdur. Onlar müvafiq olaraq, aprelin 9, 10 və 11-də mübarizəyə qoşulacaqlar.

Dünya Kubokuna aprelin 12-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
2
azertag.az

3Источники