RU

Dövlət Xidməti: Birinci rübdə 17 domen və 123 subdomen qeydiyyata alınıb

2026-cı ilin ilk rübündə “gov.az” domen məkanında optimallaşdırma və təhlükəsizlik tədbirləri gücləndirilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 17 domen və 123 subdomen qeydiyyata alınıb, eyni zamanda, 21 domen və 52 subdomen ləğv edilib.

Qeyd olunub ki, bu addımlar domen məkanının daha səmərəli idarə olunması və potensial təhlükəsizlik risklərinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, kibertəhdid kəşfiyyatı çərçivəsində dövlət qurumlarına məxsus domenlərə bənzədilmiş 6 saxta domen aşkarlanaraq bloklanıb, həmçinin 60 fişinq təyinatlı veb-resursun fəaliyyəti dayandırılıb.

Избранный
7
3
yeniazerbaycan.com

4Источники