RU

DOHA İRAN-ABŞ DANIŞIQLARINI DƏSTƏKLƏYİR » AzadMedia.az

DOHA


Qətər İranla ABŞ arasında münaqişənin nizamlanması istiqamətində aparılan vasitəçilik səylərini dəstəklədiyini, lakin bu prosesdə birbaşa iştirak etmədiyini açıqlayıb.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.

Onun sözlərinə görə, Doha digər tərəflərin vasitəçilik təşəbbüslərini alqışlayır, lakin özü bu prosesdə birbaşa rol almır.

Açıqlama Al Jazeera telekanalına istinadən yayılıb.

Hazırda İran və ABŞ arasında münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda, regionda diplomatik səylər davam edir.

Избранный
22
1
azadmedia.az

2Источники