İsrailin İstanbuldakı baş konsulluğunun da yerləşdiyi binanın qarşısında silahlı insident baş verib.
AZƏRTAC xəbər verir ki, şəhərin Levent bölgəsində baş verən qarşıdurmanın təxminən 5 dəqiqə davam etdiyi, polisə atəş açan 3 şübhəlinin zərərsizləşdirildiyi bildirilir.
Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı istintaqın başladıldığını açıqlayıb.