Vətəninfo.az Reuters agentliyinə istinadən xəbər verir ki, Britaniyada həkimlər həmkarlar ittifaqının hökumətin maaşlarının və işçi sayının artırılması təklifini rədd etməsindən sonra altı günlük tətilə başlayıblar.
Ötən həftə hökumətin həkimlərin maaşlarını 3,5% artırmağı təklif etdiyi məlum oldu. Layihəyə əsasən, bu, 2026-cı ilə qədər həkimlərin gəlirlərinin inflyasiyadan daha sürətli artmasına və növbəti üç il ərzində maaşların ümumilikdə 35% artmasına imkan verəcək. Bundan əlavə, hökumət kadr hazırlığı üçün lazım olan əlavə 1000 iş yerinin yaradılmasını maliyyələşdirməyə hazır olduğunu açıqladı.
Lakin Britaniya Həkimlər Birliyi bu hökumət təklifini qeyri-kafi hesab etdi, çünki bu təklif həkimlər üçün uzun müddətdir davam edən aşağı gəlir artımı problemini tam həll etmir.
Agentliyin məlumatına görə, tətil 13 aprel səhərinə qədər davam edəcək.