RU

Trampa kim məsləhət verir? - Müharibənin taleyini müəyyən edən 6 şəxs

ABŞ prezidenti Donald Trampın İrana qarşı sərt sözləri gözlərin Vaşinqtondan gələcək qərara yönəlməsinə səbəb olub.

Publika.az xəbər verir ki, “Al Jazeera”-nin dərc etdiyi təhlilə əsasən, Trampın İranla bağlı qərarlarına 6 şəxs təsir göstərir.

Təhlildə bildirilib ki, Trampın komandası İrana hücumları artırmaq istəyən "Qarğalar", müharibənin xərcləri ilə bağlı narahat olan praqmatik fiqurlar və diplomatiyanı "danışıq sənəti" kimi görən qeyri-rəsmi məsləhətçilər olaraq üç əsas qrupa bölünür. Qeyd olunur ki, bu bölünmə müharibənin istiqamətinə birbaşa təsir göstərə biləcək daxili mübarizəyə çevrilib.

ABŞ müdafiə naziri Pit Heqset müharibənin ən qəti tərəfdarlarından biri hesab olunur. Bildirilir ki, Heqset məhdud əməliyyatlar əvəzinə "maksimum güc"dən istifadəni müdafiə edir və diplomatiya əvəzinə hərbi təzyiqi artırmaq istəyir. Hətta onun daha əvvəl “danışıqlar bombalarla aparılmalıdır" deməsi də xatırladılıb.

Ağ Evin Baş Qərargah rəisinin müavini Stiven Miller də oxşar mövqedədir. Millerin "Dünya beynəlxalq nəzakətlə deyil, güclə idarə olunur" sözləri onun İrana hər hansı güzəştə getməyə qarşı olduğunun subutu olduğu bildirilib.

Избранный
22
2
publika.az

3Источники