RU

Viktor Orban: Macarıstan ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazırdır

Macarıstan Ukrayna üzrə ABŞ-Rusiya sammitinə ev sahibliyi etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə ABŞ-nin Vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransında bəyan edib.

Onun sözlərinə görə, bunun üçün hər iki ölkənin liderləri Donald Tramp və Vladimir Putin belə bir görüşün keçirilməsini zəruri hesab etməlidir.

Orban qeyd edib ki, Macarıstan Avropada Putin və Tramp arasında danışıqların keçirilməsi üçün yeganə mümkün yerdir:

"Əvvəllər Tramp ABŞ və Rusiya arasında sülh sammitinin keçirilməsi təşəbbüsünü irəli sürmüş və onun Budapeştdə təşkilini təklif etmişdi. Bu, Avropada praktiki olaraq yeganə mümkün yerdir. Macarıstan da razılıq verib. Biz ABŞ və Rusiya prezidentləri ilə sammitin şərtlərini, o cümlədən texniki hazırlıq səviyyəsini müzakirə etmişik".

Избранный
16
far.az

1Источники