Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Azərbaycan üçün Gürcüstan mühüm və etibarlı tərəfdaş olaraq qalır.
Gununsesi.info-ya açıqlama verən siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, rəsmi Bakı və Tbilisi arasında münasibətlər uzun illərdir dostluq, əməkdaşlıq və qarşılıqlı etimad prinsipləri əsasında inkişaf edir və bu müddətdə ciddi neqativ insident qeydə alınmayıb.
Ekspert qeyd edir ki, Prezident İlham Əliyevin Gürcüstana son dövlət səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlət başçısının Prezident Mixail Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanaşvili ilə görüşləri Bakının Tbilisi ilə münasibətlərə verdiyi önəmin göstəricisidir. Gürcü tərəfinin də səfərə yüksək səviyyədə yanaşması diqqət çəkib.
Rzayev onu da vurğulayır ki, Gürcüstan Azərbaycanın Avropaya açılan əsas qapısıdır. Batumi və Poti limanları, həmçinin Bakı–Tbilisi–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji təhlükəsizliyində strateji rol oynayır. Azərbaycan qazının ixracı məhz Gürcüstandan başlayır.
Onun sözlərinə görə, Ermənistanla sülh prosesi fonunda bəzi iddiaların əksinə olaraq, bu proses Azərbaycan–Gürcüstan münasibətlərinə mənfi təsir göstərməyəcək. Əksinə, “Orta Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq daha da genişlənəcək və regionda yeni iqtisadi imkanlar yaranacaq.
Ekspert eyni zamanda əlavə edir ki, iri enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi də əsas prioritetlərdəndir. Xüsusilə regional gərginliklər fonunda mümkün risklərin qarşısının alınması Bakı və Tbilisinin ortaq maraqlarına uyğundur.
Turan Rzayev sonda bildirir ki, iki ölkə arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq da sürətlə inkişaf edir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirilən “Caspian–Black Sea–European Green Energy Corridor” layihəsi bərpa olunan enerjinin Avropaya nəqlində yeni imkanlar açır.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.