RU

Avtobus sürücüsü qırmızıda əks yola çıxıb yolayrıcına girdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kobud qayda pozan avtobus sürücüsü kameraya düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də saat 09:59 radələrində Etibar Bəkirli küçəsində qeydə alınıb.

Kadrlardan görünür ki, 209 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99-JT-161 dövlət nömrə nişanlı “Karsan” markalı avtobus işıqforun qırmızı işığında dayanmayaraq əks istiqamətli yola çıxıb. Nəticədə avtobus axına qarşı hərəkət edib və yolayrıcına daxil olaraq digər nəqliyyat vasitələrinin hərəkətini təhlükəyə atıb.

Hadisə zamanı sərnişinlər də risk altında olub. Bu cür davranış nəinki digər sürücülər üçün, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Yol hərəkəti qaydalarına riayət etmək hər bir sürücünün məsuliyyətidir; xüsusilə sərnişin daşıyan avtobuslarda, qayda pozuntuları daha ciddi nəticələrə səbəb ola bilər.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники