Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Qazaxıstanın bir sıra aparıcı ali təhsil müəssisələri arasında birgə əməkdaşlıq memorandumu imzalanıb.
"Unikal" xəbər verir ki, Qorqud ata adına Qızılorda Dövlət Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qazax Milli Su Təsərrüfatı və Suvarma Universiteti, Qazax Milli Aqrar Tədqiqat Universiteti və Almatı Texnologiya Universiteti ilə imzalanan memorandumların məqsədi elmi əməkdaşlıq, müəllim-tələbə mübadiləsi və birgə təhsil proqramlarının inkişaf etdirilməsidir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта