RU

İran ABŞ və İsraili Cənubi Qafqazı müharibəyə çəkməkdə ittiham edib

Bakı. Trend:

ABŞ və İsrail müharibə alovunu Xəzər dənizi və Cənubi Qafqazayaymaq məqsədilə qurduğu təxribatları neytrallaşdırmaq üçün regionölkələrinin təcili və qətiyyətli tədbirlər görməsi böyük əhəmiyyətkəsb edir.

Trend-in məlumatına görə, bu barədə İran İslam RespublikasınınAzərbaycandakı səfirliyinin bəyanatında qeyd olunub.

"Naxçıvana şübhəli PUA zərbəsi hadisəsindən, İran limanlarınınvə Xəzər dənizindəki kommersiya gəmiçiliyinin hədəfə alınmasından,habelə Xəzər üzərində mülki aviasiya təhlükəsizliyinin təhdidedilməsindən sonra, ABŞ və İsrail İranın Azərbaycan Respublikasıilə həmsərhəd bölgələrinə (Muğan düzü) hücum edib", - deyəbəyanatda vurğulanıb.

Diplomatik nümayəndəlik İsrailin müharibə coğrafiyasını Xəzər vəQafqaza genişləndirmək təxribatlarına qarşı mübarizənin zəruriolduğunu bildirib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Избранный
26
2
az.trend.az

3Источники