RU

Bakı Şəhər Heyvanat Parkı təmizlik işlərini yenə Təranə Seyidovanın rəhbərlik etdiyi şirkətə verdi - Təsərrüfat bloku, bizonun evi...

Bakı Şəhər Heyvanat Parkı illik abadlaşdırma və təmizlik işlərinə 309 138 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidməti yenə “Klinfiks” MMC göstərəcək.

 

Bağlanan müqaviləyə əsasən xidmət mühafizə binasına, sanitar qovşağa (əlillər üçün), veterinar klinikaya, təsərrüfat blokuna, bizonun evinə, heyvanlar üçün mətbəx (yeməkxana) və yanında yerləşən sanitar qovşağa göstəriləcək.

 

Azər Hüseynovun rəhbərlik etdiyi Heyvanat Parkı əvvəlki illərdə də tenderi bu şirkətə verib. MMC-nin Nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Təranə Nazim qızı Seyidovadır.

 

Cabir

Tarix: 7 Aprel 2026, 18:35   
Избранный
33
1
pravda.az

2Источники