RU

İsrail Yunanıstanla birləşdi: 630 milyon dollarlıq sazişdə nələr var?

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail müharibəyə baxmayaraq, Yunanıstanla təxminən 630 milyon dollarlıq böyük müdafiə müqaviləsi imzalayıb.

Globalinfo.az xəbər verir ki, müqaviləyə əsasən, “Elbit Systems” tərəfindən istehsal olunan PULS reaktiv yaylım atəşi sistemləri Yunanıstana tədarük ediləcək.

PULS müxtəlif məsafəli və yüksək dəqiqlikli raketləri buraxa bilən universal platformadır. Paketə buraxılış qurğuları ilə yanaşı, müxtəlif tipli döyüş sursatları da daxildir.

Layihənin icrası 4 il davam edəcək, daha sonra 10 il texniki dəstək göstəriləcək.

Müqaviləyə uyğun olaraq, bəzi istehsal işləri Yunanıstanda həyata keçiriləcək.

Bu razılaşma İsrailin müdafiə sənayesinə olan etimadı göstərir və iki ölkə arasında hərbi-texniki əməkdaşlığı gücləndirir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
50
globalinfo.az

1Источники