RU

İran ABŞ-ı HƏDƏLƏDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a "qırmızı xətləri" keçməməklə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

"Əgər ABŞ-ın terrorçu ordusu 'qırmızı xətləri' keçərsə, cavabımız regionun hüdudlarından kənara çıxacaq", - deyə SEPAH-ın bəyanatında bildirilir.

Hərbi birləşmədən vurğulanıb ki, İran "ABŞ və müttəfiqlərini regionun neft və qazından illərlə məhrum edəcək" addımlar atacaq.

Aprelin 6-da İran ABŞ-ın 45 günlük atəşkəs təşəbbüsünü rədd edib və münaqişənin nizamlanması üzrə təkliflərdən ibarət 10 bəndlik öz sənədini göndərib. Tələblər arasında sanksiyaların ləğvi və Hörmüz boğazından keçid üçün yeni qaydaların tətbiqi yer alır. ABŞ Prezidenti bu təklifləri "kifayət qədər yaxşı deyil" adlandırıb və Tehranın 48 saat ərzində Vaşinqtonla sövdələşməyə getməyəcəyi və ya Hörmüz boğazını açmayacağı təqdirdə İrana "cəhənnəmi yaşadacağı" ilə hədələyib.

Избранный
30
50
publika.az

10Источники