
İraqın “Kətaib Hizbullah” qruplaşması qaçırılan amerikalı jurnalist Şelli Kitlsonun azad edildiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə qruplaşmanın təhlükəsizlik zabiti Əbu Mücahid əl-Asəf ölkənin “Shafaq News” portalına məlumat verib.
Bildirilib ki, Kitlson dərhal Ərəb Respublikasını tərk etməlidir.
Əl-Asəfin verdiyi məlumata görə, Kitlsonun azad edilməsi qərarı baş nazir Məhəmməd əl-Sudaninin vətənpərvər mövqeyinə görə minnətdarlıq əlaməti olaraq verilib.