RU

İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını qəti şəkildə rəddedir

İran ABŞ ilə müvəqqəti atəşkəs ideyasını rədd edir, çünki bu addımın yenidən silahlanma üçün istifadə oluna biləcəyini hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani Təhlükəsizlik Şurasının iclası zamanı məlumat verib.

Daimi nümayəndə bildirib ki, İran xüsusilə hərbi əməliyyatların uydurma bəhanələrlə bərpa olunduğu iyun hadisələri fonunda müvəqqəti atəşkəsi qətiyyətlə rədd edir. Onun sözlərinə görə, bu kontekstdə atəşkəs yalnız yenidən silahlanmağa və yeni cinayətlərin davam etdirilməsi üçün hazırlıq görülməsinə xidmət edir.

Bundan əvvəl isə "The New York Times" qəzeti öz mənbələrinə istinadən İran tərəfinin ABŞ ilə mümkün barışıq barədə danışıqları dayandırdığına dair məlumat yaymışdı.

Xədicə BAXIŞLI

Избранный
43
50
redaktor.az

10Источники