RU

Aylarla davam edən qaşınma xərçəng əlaməti olaBİLƏR

Avstraliyada 26 yaşlı qadında aylarla davam edən qaşınma xərçəngin əlaməti olub.

Redaktor.az bu haqda xarici KİV-ə istinadla məlumat verir.

Avstraliya sakini 11 ay ərzində davam edən güclü qaşınma, halsızlıq və gecə tərləməsi səbəbilə sonradan xərçəng diaqnozu aldığını açıqlayıb.

Onun sözlərinə görə, 2025-ci ilin aprel ayında başlayan qaşınma o qədər şiddətli olub ki, həm gündüz, həm də gecə ona rahatlıq verməyib. Qadın dərisini qaşımaqdan qanadıb. Bir müddət sonra bədən temperaturunda dəyişikliklər müşahidə olunub.

Zaman keçdikcə əlavə simptomlar da ortaya çıxıb. O, güclü yorğunluq hiss edib, iştahını itirib, tez-tez xəstələnib və davamlı öskürəkdən əziyyət çəkib.

İlkin mərhələdə həkimlər onun vəziyyətini düzgün qiymətləndirə bilməyiblər. Həkimlərdən biri dəriyə qulluq rejimini dəyişməyi tövsiyə edib, digəri isə onu göbələk infeksiyası kimi müalicə edib. Daha sonra qadına əvvəlcə qaşınma xəstəliyi (skabies), ardınca isə ekzema diaqnozu qoyulub.

Lakin simptomlar keçmədiyi üçün aparılan əlavə müayinələr nəticəsində onun xərçəng xəstəsi olduğu müəyyən edilib.

Aytəkin TOFİQQIZI

Избранный
24
redaktor.az

1Источники