RU

Bütün Android smartfonları yeni üsulla şarj ediləcək

"Google" şirkəti "Android 17" əməliyyat sistemində təqdim ediləcək yeni sürətli şarj funksiyasını hazırlamağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Android Authority" nəşri məlumat yayıb.

Media mütəxəssisləri "Android"in beta versiyasının kodunda istənilən smartfonun şarj olunmasını nəzərəçarpacaq dərəcədə sürətləndirməyə imkan verən funksiya aşkar ediblər. Bunun üçün telefonun çox güclü enerji adapterinə və ya xüsusi akkumulyatora malik olması tələb olunmayacaq.

Jurnalistlər "Prioritetli şarj" funksiyasının təsvirindən öyrəniblər ki, bu rejim aktivləşdirildikdə "Android" bütün az əhəmiyyətli prosesləri söndürəcək. Beləliklə, bir çox proqram yaddaşdan silinəcək və onların arxa fonda işləməsi dayandırılacaq. Müəlliflərin sözlərinə görə, bu, smartfona bütün diqqətini batareyanın doldurulmasına "cəmləməyə" imkan verəcək.

Избранный
28
publika.az

1Источники