RU

İmran Xanın tərəfdarları hərəkətə keçdi: Ölkə qarışdı

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Pakistanın paytaxtı yaxınlığında yerləşən Adiala Həbsxanası ətrafında gərginlik yaşanıb.

Globalinfo.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə “Pakistan Təhrik-e-İnsaf” (PTI) hərəkatının tərəfdarları arasında toqquşma baş verib.

Hadisə polisin ölkənin keçmiş baş naziri İmran Xanın bacılarını saxlamağa cəhd etməsindən sonra başlayıb. Qısa müddətdə əraziyə çoxsaylı etirazçı toplaşıb və vəziyyət nəzarətdən çıxıb.

Məlumata görə, qarşıdurma zamanı xəsarət alanlar var. Tələfatın olub-olmaması ilə bağlı isə rəsmi qurumlar hələlik dəqiq açıqlama verməyib.

Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, vəziyyətin sabitləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
globalinfo.az

1Источники