RU

YAP Şərur rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib

YAP Şərur rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib. Görüşdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Əmir Babayev çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin yerlərdə düzgün və effektiv şəkildə təbliğ olunmasının önəmini xüsusi vurğulayıb. Qeyd edib ki, mövcud şəraitdə ərazi partiya təşkilatları həyata keçirilən siyasət və islahatların mahiyyəti barədə əhali arasında geniş maarifləndirmə və təbliğat işləri aparmalıdır. Bu tədbirlərin ölkənin inkişafına və vətəndaşların rifahına xidmət edir.

Əmir Babayev  ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da aktivləşdirilməsinin və partiya üzvlərinin fəallığının artırılmasının vacibliyini vurğulayıb. Partiya üzvləri ilə daim əlaqənin saxlanılmasının, onlarla birgə layihə və tədbirlərin təşkil edilməsinin vacib olduğunu bildirərək bu istiqamətdə təşkilat sədrlərinə müvafiq tövsiyələr verib. Həmçinin gənclərin partiya sıralarına cəlb edilməsi və onların potensialından səmərəli istifadə olunmasının zəruriliyi diqqətə çatdırıb. Eyni zamanda, ərazi partiya təşkilatlarında uçot və dəqiqləşdirmə işlərinin mütəmadi və operativ şəkildə aparılmasının vacibliyini xüsusi qeyd edib.

Sonda Əmir Babayev müasir dövrdə sosial şəbəkələrin ictimai və gündəlik həyatdakı rolundan bəhs edib. Həmçinin rayon təşkilatının  da bu platformalardakı fəaliyyətinin daha sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini qeyd edib.

Görüşdə çıxış edən YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov yerlərdə tədbirlərin təşkili və keçirilməsi ilə bağlı təşkilat sədrlərinə öz tövsiyələrini verib. Bildirilib ki, keçirilən tədbirlər daha kütləvi və əhatəli olmalı, çıxışlar üçün isə cəmiyyət arasında nüfuz sahibi olan şəxslərin dəvət edilməsi daha məqsədəuyğundur. O, verilən tapşırıqların icrasında məsuliyyətli olmağın və işlərin vaxtında yerinə yetirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.

Избранный
15
yeniazerbaycan.com

1Источники