Bakı. Trend:
Ermənilərin Kəlbəcər rayonunun Ağdaban kəndində azərbaycanlılaraqarşı kütləvi qırğın törətməsindən 34 il ötür.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan SilahlıQüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdabansakinlərinə qarşı vəhşiliklər törədib.
130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısıyandırılıb, 779 dinc sakinə divan tutulub. 67 sakin müxtəlifişgəncələrlə qətlə yetirilib. Həmin gün 90-100 yaşlı 8 qoca, 2uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarətiyetirilib.
Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq vəmədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgahvə məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı AşıqQurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyiyandırılıb.
Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayonmərkəzindən 56 km şimal-şərqdə yerləşir.
Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.