RU

Jirinovskinin qorxulu ssenarisi yenidən gündəmdə

Sosial şəbəkələrdə vəfat edən rus siyasətçisi Vladimir Jirinovskinin illər əvvəl səsləndirdiyi qalmaqallı proqnoz yenidən geniş müzakirələrə səbəb olub.

Onun proqnozuna görə, İsrail tərəfindən İran ərazisinə mümkün nüvə zərbəsi regionda zəncirvari reaksiyaya yol aça bilər. İddia olunur ki, bu halda Tehran cavab olaraq genişmiqyaslı hücumlara başlayar və xüsusilə Səudiyyə Ərəbistanı ağır zərbələr ala bilər.

Ssenarinin ən diqqət çəkən hissəsi isə enerji bazarı ilə bağlıdır. Jirinovski iddia edirdi ki, belə bir müharibə fonunda neftin qiyməti rekord həddə – 400 dollara qədər yüksələ bilər. Bu isə qlobal iqtisadiyyatda ciddi silkələnməyə səbəb olar, xüsusilə Avropa İttifaqı ölkələri və Çin iqtisadiyyatı böyük zərbə ilə üzləşə bilər.

Musavat.com

Избранный
18
musavat.com

1Источники