RU

ABŞ bombardmançıları yola düşdü

ABŞ-ın "B-52" bombardmançı təyyarələri Britaniyadakı aviabazadan havaya qalxaraq İran istiqamətinə yönəlib.

Publika.az xəbər verir ki, bu barədə "India Today" jurnalı mənbələrə istinadla məlumat yayıb.

"Bir neçə 'B-52' təyyarəsinin 'RAF Fairford' aviabazasından havaya qalxdığı müşahidə edilib, digərlərinin isə yanacaq doldurduğu və uçuşdan əvvəl uçuş-enmə zolağında yerləşdiyi bildirilir", — deyə məlumatda qeyd olunub.

Sosial şəbəkədə bombardmançıların havaya qalxma görüntüləri yayılıb; həmin videonu hərbi müxbir Yuri Kotenok öz "Telegram" kanalında paylaşıb. Onun sözlərinə görə, İrana zərbələrin pik həddinin Bakı vaxtı ilə təxminən saat 05:00-da olacağı gözlənilir.

Избранный
8
6
publika.az

10Источники