RU

Trampın atəşkəslə bağlı açıqlamasından sonra neftin qiyməti 10%-dən çox ucuzlaşıb

BAKI, 8 aprel. TELEQRAF

ABŞ prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra WTI markalı neftin qiyməti 10%-dən çox azalıb.

Teleqraf xəbər verir ki, hazırda Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI nefti bir barel üçün 100,91 dollar səviyyəsində ticarət olunur.

Məlumata görə, qiymətlərin enməsi Trampın İranla iki həftəlik atəşkəsə razılıq verməsi və yekun sülh razılaşmasının yaxın olduğunu bəyan etməsi fonunda baş verib.

Избранный
26
teleqraf.com

1Источники