RU

İran: İki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ və İsraillə atəşkəslə bağlı açıqlama yayıb.

APA xəbər verir ki, Əraqçi açıqlamasında yazıb: “Pakistan Baş nazirinin qardaşcasına müraciətinə, ABŞ-ın 15 maddəlik təklifləri əsasında danışıqlar çağırışına və ABŞ prezidentinin İranın 10 maddəlik təkliflərinin ümumi qəbulunu danışıqların əsası kimi elan etməsinə cavab olaraq, İranın Ali Milli Təhlükəsizlik Şurası adından bəyan edirəm:

- Əgər İran İslam Respublikasına qarşı hücumlar dayandırılarsa, güclü silahlı qüvvələrimiz də müdafiə xarakterli əməliyyatlarını dayandıracaq.

- İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və mövcud texniki məhdudiyyətlər nəzərə alınmaqla, iki həftə müddətində Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
5
apa.az

3Источники