RU

Ayaqüstə yatır ifadəsi düz imiş: Elmi cəhətdən təsdiqləndi

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Beyin İnstitutu və Avstraliyanın Monaş Universitetinin tədqiqatçıları diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) zamanı yaranan konsentrasiya problemlərinin maraqlı səbəbini üzə çıxarıblar. Araşdırmalar göstərir ki, dərin yuxu zamanı beyində yaranan ləng dalğalar bəzən oyaq vaxtı da ortaya çıxaraq diqqəti yayındırır."Journal of Neuroscience" jurnalında dərc olunan nəticələr bu vəziyyətin beyindəki "lokal yuxu" ilə bağlı olduğunu sübut edir.Təcrübədə 32-si DÇHP diaqnozlu olmaqla 63 nəfər iştirak edib. İştirakçılar uzunmüddətli diqqət tələb edən tapşırıqları yerinə yetirərkən mütəxəssislər onların beyin fəaliyyətini qeydə alıblar. Məlum olub ki, DÇHP-dən əziyyət çəkən şəxslərdə normalda yalnız dərin yuxuda rast gəlinən ləng dalğaların sıxlığı xeyli yüksəkdir. Bu dalğaların artması birbaşa olaraq diqqətsizlikdən qaynaqlanan səhvlərə, reaksiyaların ləngiməsinə və qeyri-sabitliyə səbəb olur.Tədqiqat iştirakçıları tapşırıq zamanı tez-tez fikirlərinin dağıldığını və sanki qısamüddətli şüur ​​qapanmaları yaşadıqlarını bildiriblər. Yorğunluq hissi artdıqca beyindəki ləng dalğaların miqdarı da çoxalıb.Tədqiqat rəhbəri Tomas Andrilyon qeyd edir ki, bu kəşf DÇHP diaqnozu üçün yeni bir metod rolunu oynaya bilər. Alimlərin fikrincə, bu sindrom əslində oyaqlıq rejiminin tənzimlənməsinin pozulmasıdır.Gələcəkdə yuxu keyfiyyətinə səs stimulyasiyası vasitəsilə təsir etməklə bu problemi aradan qaldıran yeni müalicə üsullarının hazırlanması planlaşdırılır.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
demokrat.az

1Источники