RU

KXDR Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb

KXDR Yapon dənizi istiqamətində bir neçə ballistik raket atıb

KXDR Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb.

AFN.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Bildirilir ki, raketlər yerli vaxtla saat 08:50 radələrində Vonsan şəhəri ərazisindən atılıb.

Bu, ilin əvvəlindən bəri KXDR-in dördüncü raket buraxılışıdır. Bundan əvvəl Cənubi Koreya prezidenti Li Çje Myon KXDR-ə şəxsi şəxslər tərəfindən dronların göndərilməsinə görə üzr istəmiş, Şimali Koreya lideri Kim Çen In isə bunu "alicənab insanın hərəkəti" adlandırmışdı.

Lakin daha sonra KXDR XİN bəyanat yayaraq, Cənubi Koreyanın öz mahiyyətini dəyişmədiyini və hərbi gərginliyin artmasında rəsmi Seulu ittiham edib.

Избранный
37
afn.az

1Источники