RU

ABŞ ın İranda pilotu xilas etməsinin sirri...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın F-15 təyyarəsinin İranın cənubunda vurulmasından sonra həyata keçirilən axtarış-xilasetmə əməliyyatı zamanı Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Ghost Murmur” adlı yeni sistemdən istifadə edib.

Axar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Nyu York Post” nəşri yazıb.

Məlumata görə, bu, insanın ürək döyüntüsünün elektromaqnit izini uzaq məsafədən aşkar etmək üçün kvant maqnitometriyasından istifadə edən məxfi texnologiyadır. Əldə olunan məlumatlar süni intellekt əsaslı proqram təminatı ilə birləşdirilərək fon səs-küyündən ayrılır.

Qeyd olunur ki, MKİ bu yeni texnologiyanı ilk dəfə real şəraitdə tətbiq edib.

“Bu, stadionda bir səsi eşitmək kimidir, sadəcə stadion min kvadrat mil səhradır. Uyğun şəraitdə ürəyiniz döyünürsə, biz sizi tapacağıq”, – deyə mənbə vurğulayıb.

Digər mənbələr bildirir ki, “Ghost Murmur” texnologiyası “Lockheed Martin” şirkətinin məxfi bölməsi “Skunk Works” tərəfindən hazırlanıb. Şirkət isə şərh verməkdən imtina edib.

Başqa bir mənbə deyib ki, bu inqilabi texnologiya əvvəlcə “Black Hawk” helikopterlərində sınaqdan keçirilib və gələcəkdə F-35 qırıcılarında istifadə olunması planlaşdırılır.

Nəşrin yazdığına görə, İtkin düşən zabit ictimaiyyətə yalnız “Dude 44 Bravo” ləqəbi ilə tanınırdı və F-15 təyyarəsi vurulduqdan sonra dağ dərəsində gizlənmişdi. O, iki gün ərzində yaşayış olmayan ərazidə sağ qala bilmişdi.

Mənbəyə görə, bu şərait “Ghost Murmur” sisteminin ilk operativ tətbiqi üçün ideal idi. Çünki orada elektromaqnit müdaxilə çox zəif idi və demək olar ki, başqa insanlar yox idi.

“Ad təsadüfi seçilməyib. “Murmur” tibbi termindir və ürək ritmini ifadə edir. “Ghost” (kabus) isə faktiki olaraq yoxa çıxmış bir insanın axtarışını simvolizə edir”, – mənbə qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
axar.az

1Источники