RU

İran Hörmüz boğazını açır

“İran Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılmasına razılıq verib”.

Bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında yazıb.

Qeyd olunur ki, bunun qarşılığında ABŞ tərəfi İranın bombardmanını və hücumlarını iki həftəlik müddətə dayandırmağa razılaşıb. Bu addımın ikitərəfli atəşkəs kimi qiymətləndirildiyi vurğulanıb.

Tramp bildirib ki, qərarın əsas səbəbi artıq hərbi məqsədlərə nail olunması və İranla uzunmüddətli sülh sazişi istiqamətində ciddi irəliləyişin əldə edilməsidir. Onun sözlərinə görə, İran tərəfindən təqdim edilən 10 maddəlik təklif danışıqlar üçün real əsas yaradır.

"Cebheinfo.az"

Избранный
16
11
cebheinfo.az

10Источники