RU

Karlo Ançelotti 2030 cu ilə qədər Brazliya millisinin sükanı arxasında olacaq

ain.az bildirir, sport24.az portalına istinadən.

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti "Selesao" ilə müqaviləsini 2030-cu ilin yayına qədər uzatmağa hazırdır.  Sport24.az "Globa"ya istinadən xəbər verir ki, tərəflərin müqaviləni tezliklə açıqlayacağı gözlənilir.

İtalyan mütəxəssis fevral ayında Braziliya Futbol Konfederasiyası ilə prinsipial razılığa gəlib. Ançelotti artıq dünyada milli komanda məşqçiləri arasında ən yüksək maaş alır - ildə təxminən 10 milyon avro və müqavilənin uzadılması oxşar şərtlərlə, nəticəyə əsaslanan bonuslarla həyata keçiriləcək.

Qeyd edək ki, Ançelotti 2025-ci ilin mayından Braziliya millisinə rəhbərlik edib. Onun rəhbərlik etdiyi komanda DÇ-2026-nın final mərhələsində Mərakeş, Şotlandiya və Haiti ilə birgə C qrupunda yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
sport24.az

1Источники