RU

ABŞ–İran danışıqları birbaşa olacaq – BU TARİXDƏ

Aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən ABŞ və İran rəsmiləri arasında danışıqlar birbaşa olacaq.

Musavat.com xəbər verir ki, məlumatı İran dövlət televiziyası yayıb. Məlumatda qeyd olunur ki, "cümə günü İran və ABŞ arasında danışıqlar birbaşa olacaq".

CNN-in ABŞ administrasiyasının rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və  kürəkəni Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirak etməsi gözlənilir.

Musavat.com

Избранный
13
1
musavat.com

2Источники