RU

Xocavənd, Sos, Tağaverd, Qüzeyxırman, Xanoba, Qırmızıbazar kəndlərində təmir işlərinə müəllif nəzarəti xidmətinə 177 min sərf olunacaq

Xocavənd rayonunun Xocavənd şəhərində, Hadrut qəsəbəsində və Xocavənd, Sos, Tağaverd, Qüzeyxırman, Xanoba, Qırmızıbazar kəndlərində təmir işlərinə müəllif nəzarəti xidmətinin aparılmasına 177 052 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, xidmət “Era Design Group” MMC tərəfindən göstəriləcək.

 

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi və şirkət arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Cabir

Tarix: 8 Aprel 2026, 09:41   
Избранный
22
pravda.az

1Источники