BAKI, 8 aprel. TELEQRAF
Almaniyanın “Bavariya” klubunun futbolçusu Mişel Olize yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, 25 yaşlı futbolçu buna UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid”i 2:1 hesabı ilə məğlub etdikləri görüşdə məhsuldar ötürmə etdikdən sonra nail olub.
Olize bununla XXI əsrdə Avropanın top-5 liqasında çıxış edən komandalar arasında bir mövsümdə bütün turnirlər üzrə 25 məhsuldar ötürmə edən ilk fransız futbolçu olub.