Bakı, 8 aprel, AZƏRTAC
Avstraliyada aparılan yeni araşdırma yaşlı insanların yuxuları xatırlaya bilməməsinin Altsheymer xəstəliyinin erkən əlaməti ola biləcəyini göstərib.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Yeni Cənubi Uels Universitetinin Sağlam Beyin Yaşlanması Mərkəzi açıqlama verib. Bildirilib ki, yuxularını xatırlamayan şəxslərdə idrak geriləməsi riski iki dəfə yüksəkdir. Məlumata əsasən, bu hal beyinin yaddaş və yuxugörmə ilə əlaqəli sahələrində erkən dəyişikliklərlə bağlıdır. Araşdırma, həmçinin yuxunun zəif xatırlanmasının genetik risk faktoru və qan biomarkerləri ilə əlaqəli olduğunu ortaya qoyub.
Qeyd olunub ki, yuxunu xatırlamaq qabiliyyəti sadə üsulla qiymətləndirilə bildiyindən, bu göstərici Altsheymer riskinin erkən müəyyənləşdirilməsi üçün effektiv vasitə ola bilər.