RU

Diyetoloqların məsləhəti: Gündə neçə banan yemək olar?

Banan enerji mənbəyi kimi faydalıdır və bağırsaqlar üçün əhəmiyyətli olan liflə zəngindir. Lakin bu meyvəni xüsusilə müəyyən sağlamlıq problemləri olan şəxslər üçün ölçülü şəkildə istehlak etmək vacibdir...

Poliqon Verywell Health nəşrinə istinadən xəbər verir ki, gündə 2–3 banan yemək optimal hesab olunur.

Həddindən artıq banan yemək hansı nəticələrə səbəb ola bilər?

Kaliumun çoxluğu

Diyetoloq Aleksandra Rozenstokun sözlərinə görə, bir bananda təxminən 400 milliqram kalium var:

"Böyrək problemi olmayan sağlam insanlar gündə iki-üç bananı rahatlıqla yeyə bilər".

Lakin böyrək funksiyası pozulmuş şəxslər çox banan istehlak etdikdə qanda kalium səviyyəsinin artması riski ilə üzləşə bilər.

"Hiperkalemiya qanda kaliumun həddindən artıq olması ilə yaranır. Böyrək xəstəlikləri olan insanlar çox kalium qəbul etdikdə bu vəziyyətə daha həssas olur. Hiperkalemiya ürək ritm pozuntuları, iflic və əzələ zəifliyi kimi həyati təhlükəli simptomlara səbəb ola bilər", deyə materialda qeyd olunub.

Qanda şəkərin kəskin artımı

Rozenstokun sözlərinə görə, diabeti olan şəxslər bananı zülal və ya yağ mənbəyi ilə birlikdə qəbul etməlidir. Əks halda, meyvədəki karbohidratlar və şəkər qanda qlükoza səviyyəsinin sürətlə artmasına səbəb ola bilər.

Mədə-bağırsaq pozuntuları

"Mount Sinai Health System"in ambulator qidalanma xidmətinin direktoru bildirib ki, bananın həddindən artıq qəbulu köp, qarında şişkinlik və ishala səbəb ola bilər.

Bananın bu cür təsirləri onun yüksək lif tərkibi və yüksək FODMAP qrupuna aid olması ilə bağlıdır (fermentləşən oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar).

"Bananın yüksək lif tərkibi onu qıcıqlanmış bağırsaq sindromu və ya aşağı lifli pəhriz saxlayan bəzi insanlar üçün riskli edə bilər", deyə Verywell Health izah edir.

Niyə banan yaxşı gündəlik qəlyanaltıdır?

Banan kaliumla zəngindir, bu isə arterial təzyiqin tənzimlənməsinə kömək edir. Həmçinin onun tərkibində antioksidantlar və gündəlik qəbul edilməsi tövsiyə olunan lif var.

Rozenstok əlavə edib ki, bananın faydası təkcə liflə məhdudlaşmır:

"Daha az yetişmiş bananlar rezistent nişasta sayəsində bağırsaq bakteriyalarını qidalandıraraq prebiotik təsir göstərə bilər".

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники