RU

Rusiya Avropaya hücum HAZIRLIĞINDA – Hədəfdə bu ölkələr var – ADLAR

Məlum olduğu kimi, hazırda ABŞ-ın diqqəti Yaxın Şərqə, İranla müharibəyə yönəlib. Bu əsasda Vaşinqton Ukrayna məsələsinə əvvəlki tək diqqət ayıra bilmir. Onun nəticəsidir ki, Trampın atəşkəsə nail olmaq üçün Kiyev və Moskvaya təzyiqləri əvvəlki tək intensiv deyil. Əksinə, Ağ Ev neftin bahalaşmasının qarşısını almaq üçün Rusiyaya münasibətdə sanksiyaları müəyyən qədər yumşaldıb.

Əvəzində, ABŞ-ın Avropadakı müttəfiqlərilə münasibətləri günü-gündən daha da gərginləşir. İran məsələsi, xüsusən də Hörmüzlə boğazının açılması üçün Avropa dövlətlərinin ABŞ-a dəstək verməməsi  Prezident Donald Trampı xeyli əsəbiləşdirib. Bu fonda ABŞ müttəfiqlərini hətta NATO-dan çıxa biləcəyilə hədələyir. Belədə, ABŞ qoşunlarının Avropadan çıxarılması məsələsi də gündəmdədir.

Digər tərəfdən, Rusiyada internetin məhdudlaşdırılması fonunda Kremlin daha böyük plan hazırlığında olduğu ilə bağlı iddialar səsləndirilir. Bu plan isə böyük ehtimalla Ukraynaya dəstək verən Avropanı cəzalandırmaqdan ibarət olacaq. ABŞ-ın başının  İrana qarışması Moskvanın daha geniş arealda hərəkət etməsi üçün imkanlarını daha da artırır.

Rusiya Xarici İşlər Nazirliyi Ukrayna dronlarının Rusiyaya hücumlar zamanı Baltikyanı ölkələrin hava məkanından istifadə etməsi ilə bağlı Vilnüs, Riqa və Tallini adekvat addımlarla hədələyib. Bu isə gərginliyin artdığını açıq şəkildə nümayiş etdirir.

Görəsən, Rusiya Avropaya hücuma hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, istəsək də, istəməsək də, tədricən belə bir tendensiya artır:

“Rusiya üçün hazırda müəyyən dərəcədə əlverişli vəziyyətdir. ABŞ-ın diqqəti İrana yönəlib. Belədə, Kiyevə əvvəlki dəstəyi verə bilmir. Bundan başqa, Vaşinqtonla Brüssel arasında münasibətlər də gərgindir. Hörmüz boğazı ilə bağlı ABŞ-ın dəstək istəyinə, Avropa ölkələrinin mənfi cavab verməsi fonunda Tramp ölkəsinin NATO-dan çıxa biləcəyinin anonsunu verib.

Bu vəziyyətin yaranması isə Rusiyanın Avropaya hücumu nəticəsində “köhnə qitə”nin güclü dəstəkdən məhrum olması anlamına gələcək.

Mövcud vəziyyətdə Avropaya təzyiq, hətta lazım gəlsə, hücum etmək baxımından Rusiyanın daha geniş müstəvidə əl-qolu açılacaq”. 

Həmsöhbətimizin fikrincə, Rusiyanın həmin addımı atacağı təqdirdə, ilk hədəf Moldova, ardınca da Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya – red.) ola bilər”.

Rüfət Sultan, Bizim.Media

Избранный
4
1
bizim.media

2Источники