RU

İran atəşkəsdən sonra İsraili vurub VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İranla 2 həftəlik atəşkəs barədə razılığa gəlindiklərini açıqlayıb. Lakin atəşkəs qərarından sonra İran tərəfindən İsrailə raket hücumu qeydə alınıb.

İsrail ordusunun yaydığı məlumata görə, İran tərəfindən raket buraxıldığı müəyyən edildikdən sonra hava hücumundan müdafiə sistemləri işə salınıb. İranın ardıcıl olaraq həyata keçirdiyi iki raket hücumu İsrailin mərkəzi və cənub bölgələrini hədəf alıb.

Petah Tikvada raket qalıqlarının düşməsi nəticəsində iki mərtəbəli binaya ziyan dəyib. Bundan əlavə, İranın cənub istiqamətində həyata keçirdiyi hücum zamanı Berşaba şəhərində bir yola da raket parçası düşüb.

İsrailin təcili tibbi yardım xidməti tərəfindən verilən açıqlamada isə Berşaba yaxınlığındakı Tel Şeva yaşayış məntəqəsində 4 nəfərin yüngül xəsarət aldığı bildirilib.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
azpolitika.info

1Источники