RU

Şirvanda 5 qadının zəhərləndiyi restoranın fəaliyyəti dayandırıldı

Şirvan şəhərində 5 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.

Bu barədə “Yeni Sabah”a agentlikdən məlumat verilib.

Bildirilib ki, ilk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Pizza Time” restoranında baş verdiyi müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Избранный
22
3
yenisabah.az

6Источники